Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Qalatasaray"ın azərbaycanlı Konqres üzvünü qarət edən şəxs yaxalandı - VİDEO

"Qalatasaray"ın azərbaycanlı Konqres üzvünü qarət edən şəxs yaxalandı -   VİDEO

Date: 6 January 2016 10:52

Türkiyənin "Qalatasaray" klubunun Konqres üzvü olan azərbaycanlı iş adamı Bəxtiyar Muradovun çantasını oğurlayan şəxs yaxalanıb. Bu barədə 34 yaşlı biznesmenin özü "Facebook" səhifəsində yazıb.


B.Muradov bildirib ki, oğru ilə bu gün məhkəmədə üz-üzə gələcək. İş adamı ona dəstək olan bütün media nümayəndələrinə və təhlükəsizlik xidməti əməkdaşlarına minnətdarlığını bildirib.


Hadisə Antalyanın Muratpaşa qəsəbəsindəki öz restoranında baş verib. B.Muradov yemək almağa gedərkən, stolun üzərinə qoyduğu çantası oğurlanıb. Çantada "Galatasaray Store" mağazasının iki günlük gəliri məbləğində - 10 min lirə pul, 20 min lirə dəyərində zərgər məmulatları, kompüter və önəmli məlumatların toplandığı disk olub. Qarət anbaan kameralara düşüb. Oğru orta yaşlı şəxs olub. 


Qeyd edək ki, Bəxtiyar Muradovun restoranının açılış mərasimi bir müddət öncə keçirilib. Tədbirə CHP sədri Kemal Kılıçdaroğlu, xarici işlər naziri Mevlüt Çavuşoğlu, CHP-nin sabiq sədri Deniz Baykal, "Antalyaspor" klubunun prezidenti Güntekin Gençer, "Qalatasaray" və "Beşiktaş"ın futbolçuları, bələdiyyə sədrləri və digər tanınmış şəxslər qatılıb.  (report)



Fanat.az


Tags:  Qalatasarayın azərbaycanlı Konqres üzvünü qarət edən şəxs yaxalandı VİDEO

RƏYLƏR


Top news