Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Neft fondu Milanda əmlak alıb

Neft fondu Milanda əmlak alıb

Date: 6 January 2016 10:54

 

Azərbaycan, Birləşmiş Ərəb Əmirlikləri və Qətərin dövlət investisiya fondları İtaliyanın Milan şəhərində daşınmaz əmlak obyektlərinə 380 mln. ABŞ dolları yatırılması ilə bağlı razılıq əldə edib.

 

"APA-Economics" xəbər verir ki, bu barədə "Wall Street Journal" nəşri yazır.

 

Məlumata əsasən, suveren fondlar investisiya yatırımı ilə bağlı razılığa iki həftə öncə gəlib.

 

Azərbaycan Dövlət Neft Fondu Milanda yerləşən Maliyyə Palatasına yatırım edəcək.

 

Əbu-Dabi suveren fondu 1960-cı ildə inşa edilən binaya investisiya yatırmaq niyyətindədir.

 

Qətərin suveren fondu isə "BNP Paribas S.A."-ya məxsus əmlaka yatırım edəcək.

 

Aktivlər "Coima SGR" şirkəti tərəfindən idarə olunacaq.


Tags:  Neft fondu Milanda əmlak alıb

RƏYLƏR


Top news