Türkiyəni qana bulayan azərbaycanlı terrorçunun başına pul qoyuldu

Türkiyəni qana bulayan azərbaycanlı terrorçunun başına pul qoyuldu
10:56 6 Yanvar 2016
109 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyədə fəaliyyət göstərən 13 terror təşkilına üzv olan 702 nəfərin yaxalanması üçün başladılan mükafat kampaniyası dodaq uçuqladır. ANS PRESS-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, Daxili İşlər Nazirliyi terrorist ovu üçün elan etdiyi rəqəm 200 min lirədən (təqribən 105 min manat) 4 milyon lirəyə (təqribən 2 milyon 100 min manat) Bütün terrorçular üçün veriləcək toplam miqdar 468 milyon 500 min lirəyə ( təqribən 245 milyon manat) çatır. Bu rəqəm nazirliyin büdcəsinin 12 faizi deməkdir.

Bu pulla 200 məktəb, 200 yataqlı 20 xəstəxana inşa etmək olar.

Siyahıda ən çox PKK, Hizbullah və İŞİD üzvlərinin adları yer alıb. Başına pul qoyulan ən yaşı terrorçu 1941, ən gənc isə 1998-ci il təvəllüdlüdür.

702 nəfərlik terrorçu siyasınında 80 qadın var. Onların arasında azərbaycanlı da yer alıb. Söhbət Ankara terrorunu törətdiyi deyilən 28 yaşlı İŞİD üzvü Ülkər Məmmədovadan gedir.


Ülkər Məmmədova

Ötən ilin oktyabr ayında Türkiyənin Daxili İşlər Nazirliyi ölkədə axtarılan ən təhlükəli cinayətkarların və axtarışda olan terrorçuların siyahısını açıqlayıb. Terrorçular təhlükəlik dərəcəsinə uyğun olaraq bölünüblər - göy, yaşıl, narıncı və boz.

Yüzdən çox insanın ölümünə səbəb olan Ankara terrorunu törətməkdə şüphəli bilinən Ülkər Məmmədovanın da adı burada var. Ü.Məmmədovanın adı yaşıl rənglə axtarışda olanların siyahısına qoyulub. Qadının adının yaşıl rənglə işarələnməsi isə onun axtarış səviyyəsinə görə ikinci dərəcəli olduğunu göstərir.

O, oktabr ayının 10-da Ankarada yüzdən çox insanın ölümü ilə nəticələnəın terror aktını törətməkdə şübhəli bilinir.

Həmçinin oxuyun:

Türkiyənin danışdığı Ülkərlə bağlı daha bir açıqlama

Ankara terrorunda ölənlərdən biri azərbaycanlı olub

Ankara terroruna görə 3 məmur işini itirdi

Türkiyəni qana boyayan iki terror aktında ilginc məqamlar

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=369000

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR