Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Ağstafada qeyri-adi bina tikilir

Ağstafada qeyri-adi bina tikilir

Date: 6 January 2016 11:05

Ağstafada ud formasında Musiqi və İncəsənət Mərkəzi tikilir.

Kəpəz TV (Region TV) xəbər verir ki, Qərb bölgəsində maraqlı görünüşü ilə seçilən Musiqi və İncəsənət Mərkəzində işlər yekunlaşmaq üzrədir. Təxminən bir il öncə Ağstafada inşasına başlanılan bina ud formasında tikilib. 1 hektardan artıq ərazini əhatə edən 2-mərtəbəli mərkəzdə 39 sinif, xor zalı və digər inzibati otaqlar yerləşir. Hazırda binanın həm daxili, həm də xaricində iş aparılır. Mərkəzə ilk olaraq xalq şairi Hüseyn Arifin adını daşıyan musiqi məktəbinin kollektivi köçürüləcək. Ərazidə yeni bina ilə yanaşı, incəsənət parkının yaradılması, geniş sahədə yaşıllığın salınması, ölkədə ilk dəfə olaraq notlara həsr olunan abidənin ucaldılması nəzərdə tutulur.

Milli.Az


Tags:  Ağstafada qeyri-adi bina tikilir


RƏYLƏR


Top news