Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Obama silah satışına qadağaları ağlayaraq açıqladı

Obama silah satışına qadağaları ağlayaraq açıqladı

Date: 6 January 2016 11:09

 

Barak Obama ABŞ-da silah satışına nəzarət edilməsi ilə bağlı tarixi qərarı açıqlayıb.

 

Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, qərarı açıqlayarkən 2012-ci ildə Sandy Hook orta məktəbinə edilən silahlı hücumu xatırlayan ABŞ prezidenti ümumilikdə baş verən bütün silahlı hücumlar zamanı həyatını itirən uşaqlarla bağlı danışarkən göz yaşlarına hakim ola bilməyib.

 

Bu növ silahlı hücumların ABŞ-da tez-tez baş verdiyini bildirən Obama silah satan hər kəsin eyni qaydalara əməl etməli olduğunu bildirib.

 

Bu qərarın silahlı hücumların əngəllənməsində  əhəmiyyətli olacağını deyən B. Obama “Silah lobbisi Konqresini əsir almış ola bilər, ancaq Amerikanı əsir ala bilməz” deyib. 

 

Obama hər kəsi sağlam düşünməyə çağırıb və həyatları qorumaq üçün ortaq addımlar atmağın lazım olduğunu bildirib.

 

Qeyd edək ki, qərara əsasən, amerikalıların silah əldə etmə imkanlarını yoxlama altına alacaq yeni tənzimləmələr tətbiq ediləcək.

 

Belə ki, qərara görə, silah satan bütün qurumların siyahıya alınması, bu qurumların satdıqları silahların qeyd edilməsi məcburi xarakter daşıyacaq. 

 

Onu da bildirək ki, ABŞ Konqresi bu qanunun qəbulunu rədd etsə də, Obama Konqresi veto edərək, qanunu təsdiqləyib. 

 





Tags:  Obama silah satışına qadağaları ağlayaraq açıqladı


RƏYLƏR


Top news