Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Gallup": Azərbaycan dünyanın ən xoşbəxt dörd ölkəsi sırasında

"Gallup": Azərbaycan dünyanın ən xoşbəxt dörd ölkəsi sırasında

Date: 6 January 2016 11:11

Azərbaycan dünyanın ən xoşbəxt dörd ölkəsi sırasında yer alıb. ANS PRESS-in "Report"a istinadla verdiyi məlumata görə, bunu "Gallup" analitik şirkətinin keçirdiyi sorğu göstərir.

Sorğunun nəticələrinə görə, Kolumbiya dünyanın ən xoşbəxt ölkəsidir (rəyi soruşulanların 85 faizi bunu deyib). Cənubi amerikalıları Fici və Səudiyyə Ərəbistanı ( hər ikisi 82 %), eləcə də Azərbaycan (81%) izləyir. Sonrakı pillələrdə Vyetnam (80 %), Argentina və Panama (79 %) qərarlaşıb.

Azərbaycanda respondentlərin 33 faizi 2016-cı ilin yenicə başa çatan 2015-ci ildən daha yaxşı olacağını deyib. 19% bədbinliyini ifadə edibsə, 23% respondent neytrallığını qoruyub.

Ölkədə iqtisadi inkişaf perspektivləri barədə sualı cavablayarkən rəyi soruşulanların 36 faizi hər şeyin daha yaxşı olacağına inandığını söyləyib. 21% respondent mənfi nəticələr gözləyirsə, 11% iqtisadiyyatın elə eyni səviyyədə qalacağını düşünür.

Respondentlərin 66 faizi həyatlarından razı olduğunu bildirib. 10% rəyi soruşulan xoşbəxt deyil, 23% isə nə xoşbəxt olduğunu, nə də xoşbəxt olmadığını deyib.

Sorğuya əsasən, özlərinə ən az xoşbəxt hiss edənlər iraqlılardır. Qeyd edək ki, sorğuda dünyanın 68 ölkəsindən 66 mindən çox respondenti fikrini bildirib.

ANS PRESS-in məlumatına görə, maraqlısı odur ki, ötən ilki “xoşbəxtlik indeksində” birinci yeri Fici adaları tutub. Maraqlıdır ki, sorğuya görə ən xoşbəxt qitələr Afrika və Asiya, özünü ən bədbəxt hiss edən ölkələr isə Avropadadır. Ən bədbin proqnozları isə Yunanıstan əhalisi verib. Onlar 2015-ci ildə çoxlu sayda problemlə üzləşəcəklərini deyiblər.

Qeyd edək ki, dekabr ayaında Birləşmiş Millətlət Təşkilatı (BMT) 2015-ci ildə həyat səviyyəsinə görə ölkələrin siyahısını hazırlayıb. Siyahıda insanların inkişaf səviyyəsi, əmin-amanlıq və s. kimi amillər nəzərə alınır.

Azərbaycan həmin siyahıda 78-ci yerdə qərarlaşıb. Reytinqin hazırlanmasında əsas meyarlar bunlardır: maarif sahəsində əhali üçün yaradılan imkanlar, ölkənin səhiyyə səviyyəsi, əhalinin ictimai təminatlarının ödənilməsi.

Bu ilin reytinqində ilk onluqda olan ölkələr aşağıdakılardır:



“New Economic Foundation” mərkəzinin tədqiqatçıları 2012-ci ilin dünyanın ən xoşbəxt ölkələri reytinqini hazırlamışdı. Azərbaycan sözügedən siyahıda yer almış 151 ölkə arasında 80-ci yerdə qərarlaşmışdı.


Tags:  Gallup Azərbaycan dünyanın xoşbəxt dörd ölkəsi sırasında


RƏYLƏR


Top news