Səyyar "ASAN xidmət" 3 rayonda vətəndaşlara xidmət göstərəcək

Səyyar "ASAN xidmət" 3 rayonda vətəndaşlara xidmət göstərəcək
11:12 6 Yanvar 2016
31 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 6 yanvar. REPORT.AZ/ Səyyar "ASAN" xidmət yanvarın 5-dən fevralın 5-nə kimi Masallı, Quba və Qəbələdə səyyar formada vətəndaşlara xidmət göstərəcək. Bu barədə "Report"a Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsindən məlumat verilib.
Səyyar şəkildə göstərilən xidmətləri Ədliyyə və Daxili İşlər nazirlikləri,Dövlət Sosial Müdafiə Fonduvə Əmlak Məsələləri Dövlət Komitəsi təqdim edir.
Bu xidmətlərə notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi, fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi daxildir.

Xəbərin orijinal ünvanı: http://report.az/sosial-mudafie/seyyar-asan-xidmet-3-rayonda-vetendaslara-xidmet-gosterecek-0

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR