Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

SOCAR 2015-ci ildə həyata keçirilmiş qazma işlərinin statistikasını açıqladı

SOCAR 2015-ci ildə həyata keçirilmiş qazma işlərinin statistikasını açıqladı

Date: 6 January 2016 11:13

Bakı. Trend:

2015-ci ilin dekabr ayı ərzində SOCAR tərəfindən (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 6686 metr qazma işi həyata keçirilib. Trend-in SOCAR-ın rəsmi saytına istinadən verdiyi məluamat görə, bu sahədə görülmüş işlərin hamısı istismara aid olub. Ümumiyyətlə, 2015-ci ilin yanvar-dekabr aylarında SOCAR üzrə (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 104411 metr qazma işi görülüb ki, bunun da 103411 metri istismara, qalanı isə kəşfiyyata aid olub.

Qeyd edək ki, dekabr ayı ərzində qazmadan alınmış 10, 2015-ci il ərzində isə 73 yeni quyu tikinti ilə başa çatdırılaraq mədənçilərə təhvil verilib.

Bizi Twitter-dən izləyin: @trend_az


Tags:  SOCAR 2015-ci ildə həyata keçirilmiş qazma işlərinin statistikasını açıqladı


RƏYLƏR


Top news