"Apple" şirkətinin səhmlərinin dəyəri "iPhone" telefonlarının istehsalının ixtisarı xəbəriylə azalıb

"Apple" şirkətinin səhmlərinin dəyəri "iPhone" telefonlarının istehsalının ixtisarı xəbəriylə azalıb
11:17 6 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 6 yanvar. REPORT.AZ/ "iPhone" telefonlarının istehsalının ixtisarı xəbəri "Apple" şirkətinin səhmlərinin dəyərinin azalması ilə nəticələnib.
"Report" "Rambler News Service"ə istinadən xəbər verir ki, bir səhmin dəyəri 2,8 faiz azalaraq 102 dollar 42 sentə düşüb. Ümumiyyətlə, korporasiya ilin əvvəlindən ümumi kapitalının 4,6 faizi qədər, yəni 28 milyard dollar itirib.
Gözlənilən ixtisar barədə Yaponiyanın "Nikkei" işgüzar qəzeti məlumat yayıb. Nəşrin yazdığına görə, ilin ilk rübündə "Apple" "iPhone" markalı son model smartfonlarının istehsalını 30 faiz azaldacaq. Şirkət menecmenti "iPhone 6s" və "iPhone 6s Plus" markalı smartfonların hələ satışda çox qaldığını əsas gətirərək bu cür addımı zəruri sayıb.
Telefon istehsalının azaldılması şirkətə artıq bazara çıxardığı məhsulları reallaşdırmağa imkan verəcək.

Xəbərin orijinal ünvanı: http://report.az/biznes/apple-sirketinin-sehmlerinin-deyeri-iphone-telefonlarinin-istehsalinin-ixtisari-xeberiyle-azalib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR