Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

“AtaBank”dan "İnanılmaz təkliflər" kampaniyasına start verildi

“AtaBank”dan "İnanılmaz təkliflər" kampaniyasına start verildi

Date: 6 January 2016 11:28

Bakı. Trend:

Yanvarın 1-dən etibarən “AtaBank” ASC öz müştərilərini Dubaydakı 21-ci alış-veriş festivalına dəvət edir! Kampaniya çərçivəsində “AtaBank”ın Visa kartlarının sahibləri restoran, mehmanxana və ya geyim mağazalarında bir çox xüsusi təklif və endirimlərdən istifadə etmək imkanına malik olacaqlar.

Trend-in məlumatına görə, "İnanılmaz təkliflər" kampaniyası 2016-cı il, yanvarın 1-dən fevralın 1-dək keçirilir. Təkliflər gündəlik olaraq qeydiyyatdan keçmiş müştərilərə qeydiyyat zamanı təqdim etdikləri SMS nömrəsi və e-poçt vasitəsilə açıqlanacaq.

Xüsusi olaraq öz müştərilərinin rahatlığı üçün Visa “Explore” mobil proqramını hazırlayıb. “AtaBank” – ın müştəriləri alış-veriş və əyləncədən maksimum zövq ala bilərlər. Visa Explore sayəsində internetdə bir şey axtarmaq üçün onlarla səhifə yükləməyə ehtiyac yoxdur – bütün əlverişli təklif və endirimlər artıq əlinizin altındadır.

Qeyd edək ki, 2004-cü ildən “AtaBank” VISA International Beynalxalq ödəniş sistemi assosiasiyasının üzvüdür. 1993-cü ildən fəaliyyət göstərən "AtaBank" ASC Azərbaycanın ən böyük kommersiya strukturlarından biridir. Bu gün "AtaBank" ASC yüksək texnologiyalı universal bank olmaqdadır. Bank korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.

"AtaBank" xidmət və məhsulları haqqında daha ətraflı öyrənmək istəyən şəxslər www.atabank.com saytını və ya sosial şəbəkədə Bankın səhifəsini ziyarət edə bilərlər - https://www.facebook.com/atabank.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az


Tags:  AtaBankdan İnanılmaz təkliflər kampaniyasına start verildi


RƏYLƏR


Top news