Bakıda “Delibal” filminin qala-qecəsi olacaq

Bakıda   “Delibal” filminin qala-qecəsi olacaq
11:29 6 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

 

Nizami Kino Mərkəzində Türkiyə istehsalı olan “Delibal” filminin qala-gecəsi olacaq. Mərkəzdən Lent.az-a verilən məlumata görə, tədbir yanvarın  7-də keçiriləcək.  Qala-gecədə filmin baş qəhrəmanları Çağatay Ulusoy, Leyla Lydia Tuğutlu, rejissor Ali Bilgin və yaradıcı qrupun digər üzvləri də iştirak edəcəklər.

Romantik dram janrında çəkilən film  universitet tələbələri olan Barış və Füsunun böyük eşq hekayəsindən bəhs edir. Memarlıq fakültəsində təhsil alan  və boş vaxtında  musiqi ifası ilə həyatın dadını çıxaran  Barış Füsunu gördüyü anda ona aşiq olur. Adını belə bilmədiyi qızı tapıb eşqini anlatmaq bir yana, ağlında universitetı dərəcə ilə bitirib Amerikada təhsilini davam etmək istəyi olan Füsunu bu eşqə inandırmaq da  var. Yaraşıqlı və  ağıllı olan Barış sonunda bunu etməyi bacarır. O, Füsunu özünə aşiq edir və onlar evlənirlər. Hər şey nağıllarda olduğu kimidi, o nağıl pozulmayana qədər....

Filmin rejissoru Ali Bilgin, ssenari müəllifi Yıldırım Türkerdi. Filmdə rollara həmçinin Hüseyin Avni Danyal, Laçin Ceylan, Mustafa Avkıran, Nazan Kesal və  Toprak Sağlam çəkiliblər.         

Filmi izlədikdən sonra qonaqlar  media üçün mətbuat konfransı keçirəcəklər.

               

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/227635

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR