Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Quldurluqda təqsirləndirilən şəxslərin məhkəməsi keçiirilib

Quldurluqda təqsirləndirilən şəxslərin məhkəməsi keçiirilib

Date: 6 January 2016 11:37

Bakı. 6 dekabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Elnur Əsədli və Zahid İsmayılovun cinayət işi üzrə məhkəməsi başlayıb.
"Report"un xəbərinə görə, hakim Tamella Nəsrullayevanın sədrliyi keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Z.İsmayılovun vəkili Adəm Məmmədov vəsatətlə çıxış edib. O, çıxışında müdafiə etdiyi şəxsin heç bir cinayət əməli törətmədiyini deyib və onun barəsində seçilmiş həbs qətimkan tədbirinin ləvğ edilməsini istəyib. Bundan başqa, vəkil cinayət işinin tanınmaya dair istintaq protokulu və üzləşməyə dair istintaq sübutlarının xaric edilməsi üçün də məhkəməyə müraciət edib.
Məhkəmə heyəti vəsatətlə tanış olmaq üçün məhkəmənin hazırlıq iclasını yanvarın 8-dək təxirə salıb.
Qeyd edək ki, ittihama aktına əsasən, hadisə 2015-ci ildə Dərnəgül qəsəbəsində baş verib. Elnur Əsədli və Zahid İsmayılov qəsəbəsə ərazisində yerləşən topdan satış mərkəzinə daxil olub. Həmin şəxslər mağazanın satıcısını bıçaqla qorxudaraq külli miqdarda vəsaiti quldurluq yolu ilə pul ələ keçirilib. Polis əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxslər saxlanılıb

Tags:  Quldurluqda təqsirləndirilən şəxslərin məhkəməsi keçiirilib

RƏYLƏR


Top news