“Azanfilm” cizgi filmlər studiyası vakansiyalar elan edir

“Azanfilm” cizgi filmlər studiyası vakansiyalar elan edir
11:43 6 Yanvar 2016
38 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 6 yanvar, AZƏRTAC 
“Azanfilm” cizgi filmlər studiyası yeni strateji və bədii inkişaf planına uyğun olaraq vakansiyalar elan edir.
Studiyadan AZƏRTAC-a bildirilib ki, animasiya sahəsində təcrübəsi olan bütün mütəxəssislər demo-reel və ya portfoliolarını fevralın 10-dək azanfilm.studio@gmail.com elektron ünvanına göndərə bilərlər.
Ən yaxşı işlərin təqdimatı “Azanfilm” studiyasında keçiriləcək. Təqdim olunan işlərin əsasında seçilmiş mütəxəssislər Mədəniyyət və Turizm Nazirliyi və C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının dəstəyi ilə “Azanfilm” studiyasında yeni cizgi filmlərinin istehsalını həyata keçirəcəklər.
Sözügedən animasiya layihəsinin reallaşması ilə bağlı keçirilmiş müşavirədə “Azanfilm” studiyasının direktoru vəzifəsini icra edən Müşfiq Hətəmovun verdiyi məlumata görə, son zamanlar aparılmış araşdırmalara əsasən, animasiya ilə ciddi şəkildə məşğul olmaq istəyən və müəyyən nəticə əldə edən xeyli sayda gənclərimiz var. Hazırki aksiyanın məqsədi bu sahədə yaranmış pərakəndəliyi aradan qaldırmaq, istedadlı insanlara dövlətin dəstəyini təklif edib animasiya sənətinin inkişafına təkan verməkdir. Söhbət təkcə maddi problemlərin deyil, eyni zamanda yaradıcı dəstək, texniki və təşkilati məsələlərin həllindən gedir.
Qeyd edək ki, layihənin gerçəkləşdirilməsinə ölkəmizin aparıcı animasiya mütəxəssisləri cəlb olunacaq.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azanfilm_cizgi_filmler_studiyasi_vakansiyalar_elan_edir-916353

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR