Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

“Azdrama”ya yeni direktor təyin edildi

“Azdrama”ya yeni direktor təyin edildi

Vergilər Nazirliyində yeni təyinatlar olub (13 Mart 2017 09:32)
ƏSA Teatrına yeni direktor təyin edilib (10 Mart 2017 15:12)
AMEA institutlarına yeni direktor müavinləri təyin edilib (16 Fevral 2017 14:22)

Tarix: 6 Yanvar 2016 11:51

Azərbaycan Akademik Milli Dram Teatrının direktoru vəzifəsinə yeni təyinat olub.

Axşam.az APA-ya istinadən xəbər verir ki, mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin əmri ilə Azərpaşa Nemət teatrın bədii rəhbəri və direktoru təyin olunub. İndiyə qədər Azərpaşa Nemət teatrın bədii rəhbəri və baş rejissoru vəzifəsində çalışıb.

Teatrın direktor müavini Natiq Güləhmədov isə sərəncamçı direktor təyin olunub.

Mədəniyyət və Turizm nazirinin müavini Ədalət Vəliyev yeni təyin olunan şəxsləri bu gün teatrın kollektivinə təqdim edib.

Qeyd edək ki, indiyədək teatrın direktoru olmuş İsrafil İsrafilovun müqaviləsinin müddəti yanvarın 5-də başa çatıb. Onunla müqavilənin müddəti uzadılmayıb.


Teqlər:  Azdramaya yeni direktor təyin edildi



RƏYLƏR


Top xəbərlər