Bakıda kişi borca görə özünü asdı

Bakıda kişi borca görə özünü asdı
11:51 6 Yanvar 2016
66 Ölkə
Ölkə mətbuatı
A- A+

Paytaxtda intihar hadisəsi baş verib. Pirallahı Rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, rayonun Səməd Vurğun küçəsində yaşayan 1966-cı il təvəllüdlü Ələmdar Oruc oğlu Salamov özünü yaşadığı evin həyətindəki yarımtikilidən asıb. Onun asılmış meyitini ailə üzvləri aşkar ediblər. Dərhal polis və prokurorluq əməkdaşları hadisə yerinə cəlb edilib.

İlkin ehtimal kimi Ələmdar Salamovun külli-miqdarda borcu olduğu, buna görə belə bir addıma əl atdığı bildirilir.

Özünü asan kişi ailəli olub və heç bir psixi problemləri olmayıb.

Faktla bağlı Xəzər rayon Prokurorluğunda cinayət məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, hadisənin dəqiq başvermə səbəbləri araşdırılır.

Bənzər hadisə bir müddət əvvəl də Ağdaş rayonunda baş verib. Rayonun Aşağı Qəsil kənd sakini 1957-ci il təvəllüdlü Nizami Vəli oğlu Cabbarov gecə saatlarında özünü yaşadığı evin meyvə bağındakı ağacdan asaraq intihar edib. Onun meyiti ailə üzvləri tərəfindən asılmış vəziyyətdə aşkar edib.
58 yaşlı kişinin intihar etməsinə səbəb banklara külli miqdarda borcu olması göstərilirdi.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=369002

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR