Xoşqədəm Hidayətqızı hamilədir - Fotolar

Xoşqədəm Hidayətqızı hamilədir - Fotolar
14:44 6 Yanvar 2016
2239 Şou
Ölkə mətbuatı
A- A+

Teleaparıcı Xoşqədəm Hidayətqızı ikinci övladının yolunu gözləyir.

Bu barədə gecce.az-a teleaparıcının "Deməsək, olmur" verilişində mütəmadi qonaq olan və adının çəkilməsini istəməyən şəxslərdən biri bildirib. Xəbərə görə, Xoşqədəm Hidayətqızı hamiləliyinin 4-cü ayındadır. O, hələlik ana olacağını ictimaiyyətə bildirmir. 

Qeyd edək ki, Xoşqədəm Hidayətqızı bundan öncəki övladını bətnində itirib. O, açıqlamalarında nikahda olduğu türkiyəli müğənni Doğuşla övlad istədiklərini bildirib.

Xatırladaq ki, teleaparıcının ilk evliliyindən bir oğlu var. (Milli.az)


Xoşqədəm Hidayətqızı kimdir? Xoşqədəm Hidayətqızı haqqında məlumat.

Xoşqədəm Hidayət qızı Baxşəliyeva 1974-ci ildə Ağdərənin Narışlar kəndində anadan olub. 1991-ci ildə Naxçıvan Dövlət Universitetinin tarix fakültəsinə daxil olub.

1993-cü ildən ailə vəziyyəti ilə əlaqədar olaraq təhsilini Bakı Dövlət Pedaqoji Universitetində davam etdirib və 1995-ci ildə ali təhsilini başa vurub. Sonradan Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib.

1998-ci ildə "Üç nöqtə" qəzetini təsis edib və onun baş redaktoru kimi fəaliyyətə başlayıb. Bir ildən sonra qəzet "Yeni nəsil" Jurnalistlər Birliyi tərəfindən "İlin debütantı" mükafatına layiq görülüb. Bundan sonra qəzet və onun baş redaktoru onlarla mükafat alıb: «İlin jurnalisti», "Peşəkar jurnalist", "Vətənpərvər jurnalist", "Mübariz qəzetçi" və s. O, "Media-2005" seçki blokunun təşəbbüskarlarından biri olub.

2011-ci ildən televiziyada fəaliyyətə başlayıb. "Azad Azərbaycan" telekanalında "Dərdini mənə danış" verilişinin aparıcısı olub, 2012-ci ildən 2015-ci ilə qədər həmin telekanalda populyar ""Səni axtarıram" verilişinin aparıcısı olub.

2004-cü ilin fevralında Dünya Azərbaycanlılarının Konqresinin Köln şəhərində keçirilinən yığıncağında qurumun fəxri üzvü seçilib.

2005-ci ildə isə Azərbaycan Prezidentinin sərəncamı ilə mətbuatın inkişafındakı xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif olunub.

Zaur adlı övladı var.

2014-cü ildə türk müğənnisi Doğuş ilə evlənmişdir.

Mənbə: az.wikipedia.org






Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/395618.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR