"Mənə soyuqdur" deyən arvadının boğazını kəsdi

"Mənə soyuqdur" deyən arvadının boğazını kəsdi
11:52 6 Yanvar 2016
72 Digər
Ölkə mətbuatı
A- A+

Füzulidə qətl hadisəsi baş verib.

Milli.Az Qafqazinfo-ya istinadən bildirir ki, axşam saatlarında, rayonun Balabəhmənli kənd sakini, 1978-ci il təvəllüdlü Sadıqov Gəncəvi Zöhrab oğlu həyat yoldaşı, 1984-cü il təvəllüdlü Əsədova Vüsalə Hidayət qızının boğazını bıçaqla kəsib.

32 yaşlı Vüsalə Əsədovanın həyatını xilas etmək mümkün olmayıb.

İlkin ehtimala görə, hadisəyə səbəb ailə-məişət mübahisəsi olub. Belə ki, Vüsalə Əsədova evin istilik sistemindən şikayətlənərək, ona soyuq olduğunu bildirib. Bu şikayət isə Gəncəvi Sadıqovun xoşuna gəlməyib və birincinin ölümü ilə nəticələnib.

Qeyd edək ki, ailənin 6-cı sinifdə təhsil alan oğlu var. O, baş verən qətldən ciddi psixoloji sarsıntı keçirib. Belə ki, uşaq ətrafdakı insanlarla söhbətində: "Anamın qanını atamda qoymayacağam", - deyib.

Məsələ ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/395620.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR