Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

"Azdrama"ya yeni direktor təyin olunub

"Azdrama"ya yeni direktor təyin olunub

Date: 6 January 2016 11:57

Azərbaycan Akademik Milli Dram Teatrının direktoru vəzifəsinə yeni təyinatın adı məlum olub. Milli.Az APA-ya istinadən bildirir ki, mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin əmri ilə Azərpaşa Nemət teatrın bədii rəhbəri və direktoru təyin olunub.

İndiyə qədər Azərpaşa Nemət teatrın bədii rəhbəri və baş rejissoru vəzifəsində çalışıb.
 
Teatrın direktor müavini Natiq Güləhmədov isə sərəncamçı direktor təyin olunub.
 
Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev yeni təyin olunan şəxsləri bu gün teatrın kollektivinə təqdim edib.

Qeyd edək ki, indiyədək teatrın direktoru olmuş İsrafil İsrafilovun müqaviləsinin müddəti yanvarın 5-də başa çatıb. Onunla müqavilənin müddəti uzadılmayıb. 

Milli.Az


Tags:  Azdramaya yeni direktor təyin olunub


RƏYLƏR


Top news