"Report"un İSB-yə istinadən verdiyi xəbərə görə, ödənişlərin 1,3 mln. manatı şəxsin ölümü, 20,0 mln. manatı nəqliyyat vasitəsinə, 758,3 min manatı sağlamlığa və 652,0 min manatı əmlaka dəyən zərər üzrə ödənilib. Əvvəlki il ilə müqayisədə sığorta tələblərinin sayında 10%, sığorta ödənişlərinin məbləğində isə 15% azalma müşahidə edilib.
Qeyd edək ki, 2015-ci ildə nəqliyyat vasitəsinə dəyən zərər üzrə orta sığorta ödənişi 1 155 manat təşkil edib, bu isə 2014-cü ilin analoji göstəricisinə nisbətən 6,9% azdır.