Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Dövlət Neft Fondu 387 milyon dollarlıq mülk aldı

Dövlət Neft Fondu 387 milyon dollarlıq mülk aldı

Date: 6 January 2016 12:06

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) İtalyanın Milan şəhərindən daşınmaz əmlak alıb.

ANS PRESS-in məluatına görə, bu barədə "The Wall Street Journal" məlumat yayıb.

Jurnalın məlumatına görə, fond Birləşmiş Ərəb Əmirlikləri və Qətərin dövlət investisiya fondları ilə birgə 3 ayrı daşınmaz əmlaka sahib olub. Əmlakın ümumi dəyəri 350 milyon avro (587 milyon dollar) dəyərindədir. Bu mülk daşınmaz əmlak şirkəti "Coima SGR" tərəfindən idarə olunacaq.

Birləşmiş Ərəb Əmirliyinin (BƏƏ) Əbu-Dabi İnvestisiya Fondu 1960-ci ildə inşa olunan binanı, Qətər investisiya fondu "BNP Paribas SA"-nın binasını, ARDNF isə İtaliyanın Ticarət Palatasını almaq barədə razılığa gəlib.

Maliyyə vəsaiti üç daşınmaz əmlakın yenidən qurulmasına xərclənəcək. İnvestorlar ötən il İtaliyanın daşınmaz əmlak sektoruna təxminən 9.7 milyard dollar xərcləyiblər.

Məlumatla bağlı Azərbaycan Dövlət Neft Fondu ilə əlaqə saxladıq. Fondan bildirildi ki, onlarda alış – veriş barədə heç bir məlumat yoxdur.


Tags:  Dövlət Neft Fondu 387 milyon dollarlıq mülk aldı


RƏYLƏR


Top news