Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Qalatasaray"ın əfsanəsi Bakıya gəlir - VİDEO

"Qalatasaray"ın əfsanəsi Bakıya gəlir -    VİDEO

Date: 6 January 2016 12:12

Azərbaycanlı futbolçular Tural Rzayev və Qara Qarayevin xidmətində maraqlı olan "Mersin İdman Yurdu" klubu istəyindən imtina edib. Fanat.az xəbər verir ki, buna Bülent Korkmazın istefaya göndərilməsi səbəb olub. 


ATV-yə açıqlama verən "Qalatasaray"ın sabiq kapitanı məsələyə münasibət bildirərkən rəhbərliklə transfer məsələsində ortaq məxrəcə gəlmədiyini qeyd edib. Onun sözlərinə görə klubun başbilənləri çalışdırıcının istədiyi futbolçuları almaq istəməyib. Buna görə də yollar ayrılıb. O, həm Qarayevlə, həm də Rzayevlə bağlı ağızdolusu danışıb. Gənc mütəxəssis Qaranın hazır Super Liqa oyunçusu olduğunu bildirib, Rzayevin isə tədricən həmin səviyyəyə gələcəyini söyləyib.  


Bundan başqa Türkiyə millisinin keçmiş kapitanı mart ayında Bakıya gələcək. O, Azərbaycan çempionatını izləmək istədiyini bildirib.



Fanat.az


Tags:  Qalatasarayın əfsanəsi Bakıya gəlir VİDEO

RƏYLƏR


Top news