Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

​MSK dörd siyasi partiyanın illik maliyyə hesabatı verməməsinə münasibət bildirib

​MSK dörd siyasi partiyanın illik maliyyə hesabatı verməməsinə münasibət bildirib

Date: 6 January 2016 12:12

Bakı. 6 yanvar. REPORT.AZ/ "Mərkəzi Seçki Komissiyası siyasi partiyaların illik maliyyə hesabatı verməsi üçün bütün mümkün addımları atıb. Lakin hesabat verməyən partiyalarla bağlı kəskin, ciddi sanksiyaların tətbiq edilməsi təcrübəsi yoxdur".
Bunu "Report"a açıqlamasında Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Natiq Məmmədov dörd siyasi partiyanın 2014-cü il üzrə maliyyə hesabatı təqdim etməməsinə münasibət bildirərkən deyib.
N.Məmmədov qeyd ki, siyasi partiyaların illik maliyyə hesabatı verməsi ilə bağlı qanunvericiliyn tələbləri var və bu tələblər yerinə yetirilməlidir: "Bildiyiniz kimi, 2014-cü ildə Mərkəzi Seçki Komissiyası birinci il idi ki, partiyaların maliyyə hesabatlarını qəbul edirdi. Bu həm MSK, həm də siyasi partiyalar üçün yenilik idi. Ümid edirik ki, bu, münasibətlərin təkmilləşməsi baxımından daha faydalı olacaq. Birinci il sınaq təcrübəsi idi, daha çox çalışdıq ki, maarifləndirmə mövqeyindən çıxış edək, siyasi partiyaların yeni hesabata dair davranışına yardım edək. Nəticələr məqbuldur, müsbət sayıla bilər. Siyasi partiyaların əksəriyyəti bu prosesdə yaxından iştirak edirlər".
Qeyd edək ki, Azərbaycan Ədliyyə Nazirliyində 55 siyasi partiya dövlət qeydiyyatına alınıb. Onlardan yanlız 51-i 2014-cü il üzrə illik maliyyə hesabatını MSK-ya təqdim edib. Digər 4 partiya - Azərbaycan Dirçəliş və Tərəqqi Partiyası, Azərbaycan Milli Hərəkat Partiyası, Azərbaycan Vətənpərvərlər Partiyası, Azərbaycan Naminə Alyans Partiyası hesabat verməyib. Həmin partiyalarla bağlı hansasa cəza tədbiri görülməyib.
Xatırladaq ki, qanunvericiliyə əsasən, siyasi partiyalar illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə hər il aprel ayının 1-dən gec olmayaraq, MSK-ya təqdim etməlidirlər. Mərkəzi Seçki Komissiyası bu müddətdə illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təqdim etməyən siyasi partiyalar barədə Ədliyyə Nazirliyinə məlumat verməlidir.


Tags:  MSK dörd siyasi partiyanın illik maliyyə hesabatı verməməsinə münasibət bildirib

RƏYLƏR


Top news