Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycan sahibkarları İstanbul Mebel Sərgisinə dəvət olunurlar

Azərbaycan sahibkarları İstanbul Mebel Sərgisinə dəvət olunurlar

Date: 6 January 2016 12:13


Bakı, 6 yanvar, AZƏRTAC
Yanvarın 12-də İstanbul Tüyap Sərgi və Konqres Mərkəzində Türkiyənin ən böyük və dünyanın ən əhəmiyyətli üçüncü mebel sərgisi - İstanbul Mebel Sərgisi (İSMOB) açılacaq.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) AZƏRTAC-a bildiriblər ki, sərgidə Türkiyənin mebel sektorunda fəaliyyət göstərən və müxtəlif ölkələrə mal ixrac edən şirkətlərin məhsulları nümayiş olunacaq. Azərbaycanda fəaliyyət göstərən sahibkarlar və işgüzar dairələr tədbirdə iştiraka dəvət olunurlar. Sərgi yanvarın 17-dək davam edəcək. Ətraflı məlumat almaq istəyənlər AZPROMO-ya müraciət edə bilərlər.


Tags:  Azərbaycan sahibkarları İstanbul Mebel Sərgisinə dəvət olunurlar



RƏYLƏR


Top news