Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

AFFA və klublar arasında borc QALMAQALI

AFFA və klublar arasında borc   QALMAQALI

Date: 6 January 2016 12:17

PFL-in klublara borclarına görə transfer qadağası qoyduğu barədə məlumat vermişdik. Klub rəsmiləri isə bu borcları AFFA-nın onlara yayım hüququna görə verməli olduğu məbləğdən ödəcəyəklərini bildirmişdilər. 


Məsələ ilə bağlı AFFA-dan da reaksiya gəlib. “Qafqazinfo”ya açıqlama verən federasiyanın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu klublara bu pulu borcları çıxıldıqdan sonra ödəniləcəyini deyib: 


“2015-ci ilin sonunda Klublar Komitəsinin iclasında bu məsələlər müzakirəyə çıxarılıb. AFFA yayım hüququna görə hər kluba 70 min manat ödəməlidi. Lakin komitənin iclasında belə qərara alındı ki, klubların mühasibləri AFFA və PFL-in mühasibləri ilə görüşüb bunu müzakirə etsinlər. Hansı klubun federasiyaya və PFL-ə borcu varsa, həmin puldan çıxılsın və qalanı onlara ödənsin. Kimin borcu yoxdusa, tam məbləğ onlara verilsin. Amma onu da qeyd edək ki, elə klub var onun borcu 70 mindən çoxdu. Bu məsələ yaxın günlərdə müzakirə olunacaq”.


Fanat.az


Tags:  AFFA klublar arasında borc QALMAQALI


RƏYLƏR


Top news