Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Məşhur türk idmançılar arasında anlaşmazlıq yarandı. "Nömrəmi kimdən almısınız?" (FOTOLAR)

Məşhur türk idmançılar arasında anlaşmazlıq yarandı. "Nömrəmi kimdən almısınız?" (FOTOLAR)

Date: 6 January 2016 12:28

"Supersport" üzrə 3 qat dünya çempionu məşhur motosikletçi Kenan Sofuoğlu "Facebook" səhifəsində Leverkuzen "Bayer"ində çıxış edən Hakan Çalhanoğlu ilə "whatsapp" yazışmasını paylaşaraq, türk futbolçunun onu tanımamasına reaksiya verib.

Yazışma mətninin tərcüməsi:

Kenan Sofuoğlu: Qardaşım Hakan, mən Kenan Sofuoğluyam. Kölndəyəm, səninlə tanış olmaq istəyirdim, amma burda deyilsən.

Hakan Çalhanoğlu: Sizi tanımadım. Niyə tanış olmaq istəyirdiniz? Mən sizi tanımıram.

K.S: Sevdiyim üçün tanış olmaq istəyirdim. Motosikletçidi.

H.Ç: Nömrəmi kimdən almısınız?

K.S: Nömrəni silərəm, problem yaratma.

H.Ç: Nömrəni kimdən almısınız? Problem yoxdur.

Daha sonra Kenan Sofuoğlu paylaşımı silib və "facebook" səhifəsi vasitəsilə qərarını belə izah edib:

"İnsan sevdiyindən inciyər...

Nümunəvi əxlaqını və idmançı keyfiyyətlərini bəyəndiyim üçün, Hakanı uzun müddətdir ki, izləyirəm. Onu doğrudan da istədiyimdən görüşmək istəyirdim. Hakanı pisləmək üçün yox, sadəcə göstərdiyi reaksiya və məni sorğulaması səbəbindən inciklik yarandığını göstərmək üçün yazışmanı paylaşmışdım. Məsələni bu qədər böyütməyə lüzum yoxdu. Bu səbəbdən də paylaşdığımı silirəm".

Çox keçmədən Hakan Çalhanoğlu yaranan anlaşmazlığa son qoyub:

"Biz vətən üçün mübarizə aparan vətən övladlarıyıq. Kommunikasiya cəhətdən problem yarandı. Kenan qardaşımla əlaqə saxladım. Aramızda problem yoxdu. Ən yaxın müddətdə Almaniyada oyunlardan birində onu qonaq edəcəm".


Tags:  Kenan Sofuoglu Hakan Calhanoglu

RƏYLƏR


Top news