Aktual mövzular: Dollar alış-satışı , İstanbulda terror, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Muradla Mervenin evliliyində ciddi problem - "Boşanacaqlar..."

Muradla Mervenin evliliyində ciddi problem - "Boşanacaqlar..."

Date: 6 January 2016 12:31

4 ay əvvəl dəbdəbəli toyla ailə quran müğənni Murad Dalkılıç və aktrisa Merve Boluğur arasında problemlər yaranıb.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən mılumatına görə, bir neçə dəfə ayrı məkanlarda görüntülənən cütlük problemləri həll etsələr də, yenidən üz-üzə gəliblər.

Bir neçə gün əvvəl barmağında nişan üzüyü olmadan görüntülənən Murad bu haqda belə deyib:

"Evləndiyimi hər kəs bilir. O üzükləri də evliliyi bəlli etmək üçün taxırlar. Ona görə mən də bunu ifrat dərəcədə gözə soxmamağa çalışıram. Çox narahat aksesuardır...".

Onun bu açıqlaması həyat yoldaşını əsəbiləşdirib. Aktrisa Murada "sən evliliyimizi ciddiyə almırsan?" deyə etiraz edib.

Qeyd edək ki, maqazin dünyası ilə yanaşı cütlüyə yaxın mənbələr də ulduz ailənin xasiyyətlərinin tutuşmadığını, az sonra bir-birindən bezəcəklərini iddia edirlər. Hətta "onlar çox keçməz, boşanarlar" deyənlər də az deyil.


Tags:  Muradla Mervenin evliliyində ciddi problem Boşanacaqlar

RƏYLƏR


Top news