Qar Xınalıqda sərhəd zastavası ilə əlaqəni kəsdi (FOTO)

Qar Xınalıqda sərhəd zastavası ilə əlaqəni kəsdi (FOTO)
12:31 6 Yanvar 2016
18 Digər
Ölkə mətbuatı
A- A+

Ölkə ərazisində dekabrın 30-dan başlayan şaxtalı, qarlı hava şəraiti nisbətən mülayimləşsə də, qar səbəbindən bağlanan bəzi yollar hələ də açılmayıb. Xüsusilə şimal bölgəsində.

ANS PRESS-in məlumatına görə, Qubanın Xınalıq, Xaltan, Qonaqkənd ,Söhüb, Dərk kəndləri istiqamətlərində hələ də yollarda hərəkət məhduddur.



Xınalıq yolu

Quba, 6 saylı Yol İstismar İdarəsinin rəisi Aydəmir Manofov Xınalıq yolunun böyük bir hissəsinin qardan təmizləndiyini, indi yolun ən təhlükəli yeri olan Zanqar adlanan ərazidə texnika və canlı qüvvənin işlədiyini deyib. Onun sözlərinə görə, Xınalıq kəndinə gedən yolun cəmi 10 km açılmamış hissəsi qalıb.
Bütün texnika və canlı qüvvə də məhz bu yolda işləyir.

Xınalıq kəndində Dövlət Sərhəd Xidmətinin eyni adlı zastavası var. Bu zastava əməkdaşlarının da artıq 6-cı gündür ki, rayon mərkəzi ilə əlaqəsi tamamilə kəsilib.

Quba Fövqəladə Hallar Komisiyyasının sədri Yusif Abidov rayonda bağlanmış yolların açılması üçün bütün istiqamətdə iş aparıldığını söyləyib.



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=111&nid=368991

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR