Bakı metrosunda problem yarandı

Bakı metrosunda problem yarandı
12:37 6 Yanvar 2016
19 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün səhər saatlarında Bakı Metropoliteninin "20 Yanvar" stansiyasında kartyükləmə aparatlarının işində problem yaranıb və bu səbəbdən həmin stansiyada böyük sərnişin sıxlığı yaranıb. Milli.Az Report-a istinadən bildirir ki, stansiyanın girişində quraşdırılmış "BakıKart"ın 5 kartyükləmə aparatından 3-ü işləməyib.

"BakıKart" əməkdaşları sərnişinlərə aparatların qəpik qəbul etmədiyini, ancaq kağız pul yükləmək mümkün olduğunu bildiriblər. Sərnişinlərin verdiyi məlumata görə, bir müddət sonra həmin aparatlar ümumiyyətlə pul qəbul etməyib. Təxminən 1 saat ərzində texniki işçilərin bir neçə dəfə müdaxilə etməsinə baxmayaraq, həmin aparatların işə salınması mümkün olmayıb.
Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev "Report"a açıqlamasında hazırda həmin stansiyada 1 kartyükləmə aparatının işləmədiyini və tezliklə həmin problemin də aradan qaldırılacağını bildirib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/395634.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR