Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsində ÖLÜM

İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsində ÖLÜM

Date: 6 January 2016 12:39

Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsində ölüm hadisəsi baş verib.

Şahidlərin APA-ya verdiyi məlumata görə, hadisə bu gün səhər saatlarında baş verib. 1971-ci il təvəllüdlü Təranə Nağı qızı Cəfərova binadan düşərək ölüb.

 

Hadisə yerinə polis və prokurorluq əməkdaşları gəlib.

 

Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsindən APA-ya faktı təsdiqləyiblər. Bildirilib ki, dünyasını dəyişən T. Cəfərova Baş İdarədə xadimə işləyib. O binanın pəncərəsini silərkən ehtiyatsızlıqdan yıxılaraq ölüb.

 

Faktla bağlı Binəqədi rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

 


Tags:  İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsində ÖLÜM

RƏYLƏR


Top news