Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Müştəriləri aldadan satıcılar sərt cəzalandırılacaqlar

Müştəriləri aldadan satıcılar sərt cəzalandırılacaqlar

Date: 6 January 2016 12:42

Azərbaycanda ticarət sahəsində alıcıların aldadılması ilə bağlı məsuliyyət yaradan şərtlərin sayı artırılır, yeni sərt cəzalar tətbiq edilir və eyni zamanda fiziki şəxslərin bu hal üzrə məsuliyyət daşıması müəyyənləşdirilir. Milli.Az Movqe.az-a istinadən bildirir ki, bu, Milli Məclis tərəfindən yeni qəbul olunmuş İnzibati Xətalar Məcəlləsinin 446-cı (İstehlakçı hüquqlarının pozulması) maddəsində təsbit olunub.Yeni maddəyə əsasən, mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə, keyfiyyətinə dair istehlakçıların az miqdarda (az miqdar dedikdə, 40 manata qədər nəzərdə tutulur) aldadılması da məsuliyyət yaradacaq. Bütün bunlara görə fiziki şəxslər 350 manatdan 500 manata qədər, vəzifəli şəxslər 1500 manatdan 2000 manata qədər, hüquqi şəxslər isə 4000 manatdan 6000 manata qədər cərimə olunacaqlar.

Milli.Az


Tags:  Müştəriləri aldadan satıcılar sərt cəzalandırılacaqlar


RƏYLƏR


Top news