SOCAR 2015-ci ildə 104,4 min metr qazma işi həyata keçirib

SOCAR 2015-ci ildə 104,4 min metr qazma işi həyata keçirib
12:43 6 Yanvar 2016
10 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 6 yanvar, AZƏRTAC
2015-ci ilin dekabrında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən (müştərək müəssisələr və əməliyyat şirkətləri istisna olmaqla) 6 min 686 metr qazma işi həyata keçirilib. Bu sahədə görülmüş işlərin hamısı istismara aid olub.
SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, 2015-ci ildə SOCAR üzrə (müştərək müəssisələr və əməliyyat şirkətləri istisna olmaqla) 104 min 411 metr qazma işi görülüb ki, bunun da 103 min 411 metri istismara, qalanı isə kəşfiyyata aiddir.
Keçən ilin dekabrında qazmadan alınan 10, 2015-ci il ərzində isə 73 yeni quyu tikinti ilə başa çatdırılaraq mədənçilərə təhvil verilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/SOCAR_2015_ci_ilde_1044_min_metr_qazma_isi_heyata_kechirib-916367

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR