Təhsil haqqının dollarla hesablanması məsələsinə aydınlıq gətirdilər

Təhsil haqqının dollarla hesablanması məsələsinə aydınlıq gətirdilər
12:52 6 Yanvar 2016
94 Digər
Ölkə mətbuatı
A- A+

Təfəkkür Universitetinin mətbuat xidmətindən milli.az-a ünvanlanan məktubda qeyd edilir ki, 5 yanvar 2016-ci il tarixində KİV-lərdə sözügedən universitetdə təhsil haqqının ABŞ dolları ilə hesablanacağını əks etdirən elanla bağlı yer alan məlumatların heç bir əsası yoxdur.


"Bildiririk ki, Təfəkkür Universitetində təhsil haqqı bir qayda olaraq tələbələr birinci kursa qəbul olunanda rektorluqla tələbələr arasında bağlanmış müqaviləyə əsasən tənzimlənir. Universitetimiz fəaliyyət göstərdiyi vaxtdan bu günə kimi tələbələrin təhsil haqqı yalnız milli manatla ödənilir. Bu gün də tələbələrin təhsil haqqında heç bir dəyişiklik olmamışdır, təhsil haqları yalnız manatla ödənilir".

 

Xatırladaq ki, daha öncə qafqazinfo.az Təfəkkür Universitetində rəhbərlik tərəfindən yerləşdirilən elanda fevralın 1-nə kimi ödənilməyən təhsil haqqının həmin tarixdən sonra dollarla alınacağı barədə xəbər yaymışdı.

"Elan

Tələbələrin nəzərinə,

Cari tədris ilində təhsil haqqından borcu olan tələbələr borclarını 01 fevral 2016-cı il tarixə qədər ödəmədikləri təqdirdə, qalmış borclar qeyd olunmuş tarixdən sonra ABŞ dolları məzənnəsi ilə ödəniləcək.

Təhsil haqqını ödəməyə tələsin!

Rektorluq".

Xatırladaq ki, Təhsil Nazirliyi verdiyi açıqlamada qeyd edib ki, təhsil haqlarının manatla ödənilməsi şərti tələbə ilə ali təhsil müəssisəsi arasında bağlanmış müqavilədə də öz əksini tapıb.

Qeyd edək ki, daha öncə də Bakı Qızlar Universitetində təhsil alan tələbələrdən manatın "üzən məzənnə"yə keçidindən sonra təhsil haqlarının dollarla ödənilməsi tələb olunduğu barədə məlumatlar yayılmışdı.

Pünhan Mirzə - milli.az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/395641.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR