Venesuela parlamentinin ilk iclasında qalmaqal yaşanıb

Venesuela parlamentinin ilk iclasında qalmaqal yaşanıb
12:53 6 Yanvar 2016
15 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 6 yanvar, AZƏRTAC
Venesuela parlamenti yeni heyətdə ilk plenar iclasını keçirib. Hazırda deputatların əksəriyyəti ölkə prezidenti Nikolas Maduroya müxalif mövqedə olan hərəkat və partiyaları təmsil edir. Milli Assambleyanın spikeri seçilən müxalif hərəkatın veteranı Enri Ramos iclasda çıxış edərək sosialistlərin hökumətini dəyişəcəyini bildirib.
AZƏRTAC Euronews telekanalına istinadla xəbər verir ki, Milli Assambleyanın ilk iclası parlament çoxluğunun nümayəndələri ilə sosialistlər arasında baş verən qalmaqalla müşayiət olunub. Sosialistlər Ramosu reqlamenti pozmaqda günahlandırıb. Buna etiraz olaraq Maduro tərəfdarları binanı tərk edərək küçəyə çıxıb və onları dəstəkləyən nümayişçilərə qoşulublar.
Eyni zamanda, parlament binası yaxınlığına seçkilərdə qələbə qazanan müxalifət tərəfdarları da toplanıb. Polis qarşıdurmanın qarşısını alaraq, iki əks düşərgə nümayəndələrini ayırmağa müvəffəq olub.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Venesuela_parlamentinin_ilk_iclasinda_qalmaqal_yasanib-916370

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR