Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Ukrayna Transxəzər beynəlxalq nəqliyyat marşrutuna qoşulur

Ukrayna Transxəzər beynəlxalq nəqliyyat marşrutuna qoşulur

Aktauda yükdaşımların həyata keçirilməsi üçn şərtlər müzakirə olunub (01 Mart 2017 18:32)
Yeddi tərəfin iştirakı ilə yükdaşımların həyata keçirilməsi üçün şərtlər müzakirə olunub (01 Mart 2017 18:27)
Özbəkistan “TransXəzər” Beynəlxlaq nəqliyyat marşrutuna qoşula bilər (24 Fevral 2017 19:32)

Tarix: 6 Yanvar 2016 12:57

Ukrayna Transxəzər beynəlxalq nəqliyyat marşrutuna qoşulur.Yanvarın 15-də Ukraynanın İliçevsk şəhərindən Xəzər və Qara dəniz vasitəsilə Ukrayna-Gürcüstan-Azərbaycan-Qazaxıstan-Çin marşrutu üzrə pilot reysi həyata keçirmək üçün konteyner qatarı yola düşəcək.

AZƏRTAC Ukraynanın İnfrastruktur Nazirliyinə istinadla xəbər verir ki, bu marşrut "İpək Yolu"nun yeni istiqamətidir və marşrut xətti üzrə iki dəfə - İliçevsk-Batumi və Ələt-Aktau marşrut xəttində bərədən istifadə olunacaq.

Transxəzər beynəlxalq nəqliyyat marşrutu layihəsinin imkanları potensial təchizatçılara 2015-ci il noyabrın 16-da Ukraynanın paytaxtı Kiyevdə keçirilən roud-şouda və dekabrın 3-də Odessada keçirilmiş "Avropa və Asiyanı birləşdirərkən: transkontinental marşrutlar sisteminin formalaşdırılmasına yeni baxış" beynəlxalq forumda təqdim edilib.

Bu yeni xətt Ukrayna mallarının Mərkəzi Asiya ölkələrinə çatdırılmasında alternativ yol olacaq. Pilot reysi həyata keçirəcək konteyner qatarı təxminən 20 vaqondan ibarət olacaq.

Milli.Az


Teqlər:  Ukrayna Transxəzər beynəlxalq nəqliyyat marşrutuna qoşulur



RƏYLƏR


Top xəbərlər