"Bozun 50 çaları”nda çəkildiyim üçün fəxr edirəm"

"Bozun 50 çaları”nda çəkildiyim üçün fəxr edirəm"
13:06 6 Yanvar 2016
44 Şou
Ölkə mətbuatı
A- A+

“Bozun 50 çaları” filminin 26 yaşlı qəhrəmanı Dakota Conson Britaniya jurnalına müsahibə verib.


ANS Press-in məlumatına görə, qalmaqallı filmin aktrisası açıq-saçıq rolda çəkildiyi üçün fəxr etdiyini deyib:

“Mən “Bozun 50 çaları”nda çəkildiyim üçün fəxr edirəm. Mən bundan çəkinməli deyiləm. Mən ekranlarda nə qədər çox görünsəm , publika başa düşəcək ki, mən çox bacarıqlıyam. Kino aləmində bu film mənim üçün böyük karyera qurmağıma kömək edir. Milyonlarla insan məni tanıdı".


"Bozun 50 çaları" filmindən foto

Aktrisa etiraf etdi ki, kino biznesi çox sərt və qəddar olur:

“Bu biznes çox qəddar olur. Mənim anam qeyri-adi qadın olduğu üçün filmlərdə çəkilmir. Sən nə qədər əla olsan da hərdən elə an yaranır ki, sən heç kimə lazım olmursan. Bu çox çətindir. Real həyatda mən o qədər də əla deyiləm. Tək mən deyiləm belə düşünən. Mənim xoşum gəlir ki, filmlərdə qəhrəmanları düzgün və təmiz nümayiş etdirilər. Bu halda mən əla iş ortaya çıxardıram”.

"Bozun 50 çaları" filminin anonsu

Bozun əlli çaları" 2015-ci ildə ilk dəfə nümayiş olunub. Film Britaniya yazıçısı E.L.Ceymsin 2011-ci ildə nəşr edilmiş eyni adlı romanı əsasında yazdığı ssenariyə uyğun olaraq rejissor Sem Teylor-Conson tərəfindən çəkilib.


Dakota Conson və Cemi Dornan

Filmdə Ceymi Dornan gənc biznesmen Kristian Qrey, Dakota Conson isə onunla sadomazoxist münasibət quran gənc kollec tələbəsi Anasteyşa Stil obrazlarını canlandırırlar.

Filmin davamı “Zülmətin Əlli Çaları” və “Azadlığın Əlli Çaları” nın isə 10 fevral 2017-ci il və 9 fevral 2018-ci ildə təqdim ediləcəyi gözlənilir.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=5&nid=368998

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR