Gəncə sakininin evinə maskalı şəxslər hücum edib

Gəncə sakininin evinə maskalı şəxslər hücum edib
13:12 6 Yanvar 2016
65 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 6 yanvar. REPORT.AZ/ Gəncə sakininin evinə maskalı şəxslər hücum edib. “Report”un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.
Belə ki, yanvarın 5-də gecə saat 04 radələrində Gəncə şəhərində yaşayan Qəmbər Abdullayevin evinə nəfəslikdən girmiş 4 maskalı şəxs səsə oyanmış ev sahibinə və onun oğlu Kənana küt alətlə xəsarət yetirərək pul vermələrini tələb edib, səs-küy yarandığından istədiklərinə nail ola bilməyib hadisə yerini tərk ediblər.
Nizami (Gəncə) Rayon Polis İdarəsi (RPİ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş şəhər sakinləri Ziyaməddin Əsgərov, əvvəllər məhkum olunmuş Samir Əsgərov, Azər Həsənov və Ceyhun İsmayılov tutulublar.
S.Əsgərovdan 16,15 qram, yaşadığı evə baxış zamanı isə əlavə olaraq 4 kiloqram 246 qram marixuana aşkar edilərək götürülüb.

Xəbərin orijinal ünvanı: http://report.az/hadise/gence-sakininin-evine-maskali-sexsler-hucum-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR