Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

“Microsoft”un yeni əməliyyat sistemi ilə işləyən qurğuların sayı 200 milyona yaxınlaşıb

“Microsoft”un yeni əməliyyat sistemi ilə işləyən qurğuların sayı 200 milyona yaxınlaşıb

Date: 6 January 2016 13:16

“Microsoft” korporasiyasının nümayəndəsi bildirib ki, yeni “Windows 10” əməliyyat sistemi ilə işləyən qurğuların sayı 200 milyonu ötüb.
 
Xatırladaq ki, ötən ilin avqustunda bu göstərici 75 milyon, oktyabrda isə 110 milyonu ötüb. “Net Applications” analitik şirkətinin 2015-ci ilin sonuna olan məlumatına görə, “Windows 10” ilə işləyən fərdi kompüterlərin sayı 164 milyon təşkil edib.
 
 
“ICTnews” elektron xəbər xidməti “vesti.ru” resursuna istinadən yazır ki, sözügedən analitik şirkətin məlumatına görə, qlobal əməliyyat sistemləri bazarında “Windows 10” platformasının bazar payı 9,96 faiz təşkil edib ki, bu göstərici hələ ki “Windows 8.1”-dən (10,3 faiz) aşağıdır. Proqram nəhənginin nümayəndələri iddia edirlər ki, bazar payının artım tempinə görə yeni ƏS “Windows 7”-ni 140 faiz, “Windows 8” sistemini isə 400 faiz ötür.
 
Emil Hüseynov
 
 



Tags:  Microsoftun yeni əməliyyat sistemi işləyən qurğuların sayı 200 milyona yaxınlaşıb


RƏYLƏR


Top news