Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bakıda braziliyalı futbolçunun çantasına narkotik atmaq istəyiblər

Bakıda braziliyalı futbolçunun çantasına narkotik atmaq istəyiblər

Date: 6 January 2016 13:17

Ukrayna yığmasının sabiq müdafiəçisi Aleksandr Yatsenko bəyan edib ki, vaxtilə karyerasını Azərbaycanda davam etdirə bilərmiş. Amma alınmayıb.


O, football.ua saytına müsahibəsində ölkəmizdə qalmaqdan niyə imtina etməsinin qəribə səbəbini də açıqlayıb: “Azərbaycana baxışa yollanmışdım. Amma yerli uşaqlar dedilər ki, orada bir legioner oynayırmış - ya braziliyalı, ya da argentinalı imiş. Ona 3 ayın maaşını verməyiblər. Futbolçu buna görə klub rəhbərliyini hədələyərək, bütün instansiyalara yazmağa hazırlaşırmış. Ona cavab veriblər ki, "dostum, evinə gedəndə gömrükdə səndə heroin bağlaması tapılmasını istəmirsən ki?" Braziliyalı da "uşaqlar, sağ olun, mən evimə gedirəm", deyib və pulsuz qalıb. Bu, bir qədər gülməli görünsə də, düşündüm ki, ən yaxşısı burada qalmamaqdı”.


Qeyd edək ki, Yatsenko 2013-cü ilin iyun ayında "Rəvan"da baxışda olub. Amma tərəflər razılığa gələ bilməyiblər.


Fanat.az


Tags:  Bakıda braziliyalı futbolçunun çantasına narkotik atmaq istəyiblər

RƏYLƏR


Top news