Mənzilə basqın edən mütəşəkkil dəstədən külli miqdarda narkotika aşkarlanıb

Mənzilə basqın edən mütəşəkkil dəstədən külli miqdarda narkotika aşkarlanıb
13:18 6 Yanvar 2016
31 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Samir Məmmədov - Trend:

Gəncədə mənzilə basqın edən mütəşəkkil dəstədən külli miqdarda narkotika aşkarlanıb. Trend Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, hadisə yanvarın 5-də baş verib.

Gecə saat 04 radələrində Gəncə şəhərində yaşayan Qəmbər Abdullayevin evinə nəfəslikdən girən 4 maskalı şəxs səsə oyanmış ev sahibinə və onun oğlu Kənana küt alətlə xəsarət yetirərək pul vermələrini tələb edib. Hadisə yerində səs-küy yarandığından istədiklərinə nail ola bilməyən dəstə üzvləri evi tərk ediblər.

Nizami (Gəncə) RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş şəhər sakinləri Ziyaməddin Əsgərov, əvvəllər məhkum olunmuş Samir Əsgərov, Azər Həsənov və Ceyhun İsmayılov tutulub.

S.Əsgərovdan 16,15 qram, yaşadığı evə baxış zamanı isə əlavə olaraq 4 kiloqram 246 qram marixuana aşkar edilərək götürülüb.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/incident/2477246.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR