Bakıdakı yanğınlarda 1 qadın ölüb, daha 4 nəfər zəhərlənib

Bakıdakı yanğınlarda 1 qadın ölüb, daha 4 nəfər zəhərlənib
13:19 6 Yanvar 2016
20 Ölkə
Ölkə mətbuatı
A- A+

Dünən Bakının Nizami rayonunda baş vermiş yanğında 4 qadın zəhərlənib. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, yanvarın 5-də paytaxtın Nizami rayonu E.Sülaymanov küçəsində yaşayan Aidə Məmmədovanın evində yanğın baş verib. Nəticədə evin yanar konstruksiyaları və oradakı əşyalar yanıb, tüstüdən zəhərlənmiş A.Məmmədova və qonşuları L.Cabbarlı, H.Cabbarova və N.Səmədova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

 

Oxşar hadisə Yasamal rayonunda da baş verib. Yanvarın 5-də Yasamal rayonunun Ş.Əzizbəyov küçəsində yaşayan Bibixanım Rəsulovanın evində yanğın baş verib. Nəticədə evin yanar konstruksiyaları və oradakı əşyalar yanıb, yanğın söndürüldükdən sonra B.Rəsulovanın yanmış meyiti tapılıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/227666

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR