İcbari avtosığortadan yayınanların sayı məlum olub

İcbari avtosığortadan yayınanların sayı məlum olub
13:22 6 Yanvar 2016
22 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanda 2015-ci il ərzində "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası" (AVSMMİS) üzrə İcbari Sığorta Bürosunun (İSB) iştirakçısı olan sığorta şirkətləri tərəfindən 18673 sığorta tələbi üzrə 22,7 mln. manata yaxın məbləğdə sığorta ödənişi həyata keçirilib. 

Report-un İSB-yə istinadən verdiyi xəbərə görə, ödənişlərin 1,3 mln. manatı şəxsin ölümü, 20,0 mln. manatı nəqliyyat vasitəsinə, 758,3 min manatı sağlamlığa və 652,0 min manatı əmlaka dəyən zərər üzrə ödənilib. Əvvəlki il ilə müqayisədə sığorta tələblərinin sayında 10%, sığorta ödənişlərinin məbləğində isə 15% azalma müşahidə edilib.

Qeyd edək ki, 2015-ci ildə nəqliyyat vasitəsinə dəyən zərər üzrə orta sığorta ödənişi 1155 manat təşkil edib, bu isə 2014-cü ilin analoji göstəricisinə nisbətən 6,9% azdır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/395627.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR