Dünən ölkədə 3 nəfər dəm qazından boğularaq ölüb.
Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, yanvarın 5-də paytaxtın Nizami rayonunda yaşayan Nərgiz Aydınova, Xətai rayonunda yaşayan Çingiz Bədəlov və Xaçmaz şəhərində yaşayan Tamilə Təhməzova mənzillərində dəm qazından zəhərlənərək ölüb.
Araşdırma aparılır.
Dəm qazı nədir? Dəm qazı haqqında məlumat
CO (dəm qazı formulu). Dəm qazı metanın (təbii qazın) natamam yanmasından alınır. Oksigen az olduqda metan (təbii qaz) natamam yanır ve bu vaxt karbon qazı yerinə dəm qazı əmələ gəlir, bu isə zəhərlənmə ilə nəticələnir. Dəm qazı qandakı oksigenlə dərhal reaksiyaya girir və onu udan şəxsdə oksigen çatışmazlığı əmələ gəlir, bu isə həyat üçün çox təhlükəlidir.