Tanınmışların ən ucuz və bahalı libasları: "2 manat"

Tanınmışların ən ucuz və bahalı libasları:  "2 manat"
13:26 6 Yanvar 2016
103 Şou
Ölkə mətbuatı
A- A+

Şou-biznesin tanınmış simaları oxuduqları mahnılarla yanaşı, geyindikləri libaslarla da səs-küy yaradıb.

Axşam.az sənətçilər arasında sorğu apararaq, onların aldıqları ən ucuz və ən baha libasın qiymətini öyrənib:

Rəqqasə Fatimə Fətəliyeva:

“Qarderobumdakı ən bahalı geyimim kürkdü. 6700 manata almışam. Ən ucuz paltarım isə 10 manat olub”.

Müğənni Roza Zərgərli:
“Ən bahalı paltarımı 2 min manata almışam. Mənim üçün ən dəyərli libaslar kliplərimdə geyindiyimdir. Mənə uğur gətirən ekran işlərimdəki paltarları heç vaxt atmaram. Mən maddi dəyərə önəm vermirəm. 2 manata da kofta alıb geyinmişəm”.

Müğənni İlhamə Qasımova:

“Ən bahalı geyimimi Almaniyadan 1200 avroya almışam. Ucuz geyim isə... 10 avroya köynək almışam. Mənim üçün paltarın ucuz və ya baha olması önəmlid eyil. Biz Hollivudda yaşamırıq, yüksək qonorar almırıq ki, bir libasa 20-30 min ödəyək. Alış-verişimin 99 faizini xaricdən edirəm”.

Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=43711

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR