Qar Xınalıqda hərbi hissəyə gedən yolu bağladı - FOTO

Qar Xınalıqda hərbi hissəyə gedən yolu bağladı - FOTO
13:27 6 Yanvar 2016
26 Digər
Ölkə mətbuatı
A- A+

Ölkə ərazisində dekabrın 30-dan başlayan şaxtalı, qarlı hava şəraiti nisbətən mülayimləşsə də, qar səbəbindən bağlanan bəzi yollar hələ də açılmayıb. Xüsusilə şimal bölgəsində.

Milli.Az anspress-ə istinadən bildirir ki, Qubanın Xınalıq, Xaltan, Qonaqkənd, Söhüb, Dərk kəndləri istiqamətlərində hələ də yollarda hərəkət məhduddur. 

Qubanın 6 saylı Yol İstismar İdarəsinin rəisi Aydəmir Manafov Xınalıq yolunun böyük bir hissəsinin qardan təmizləndiyini, indi yolun ən təhlükəli yeri olan Zanqar adlanan ərazidə texnika və canlı qüvvənin işlədiyini deyib. Onun sözlərinə görə, Xınalıq kəndinə gedən yolun cəmi 10 km açılmamış hissəsi qalıb. 

Xınalıq kəndində Dövlət Sərhəd Xidmətinin eyni adlı zastavası var. Bu zastava əməkdaşlarının da artıq 6-cı gündür ki, rayon mərkəzi ilə əlaqəsi tamamilə kəsilib.

Quba Fövqəladə Hallar Komisiyyasının sədri Yusif Abidov rayonda bağlanmış yolların açılması üçün bütün istiqamətlərdə iş aparıldığını söyləyib.

Milli.Az



Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/395652.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR