2015-ci ilin dekabrında OPEC üzrə hasilat azalıb

2015-ci ilin dekabrında OPEC üzrə hasilat azalıb
13:28 6 Yanvar 2016
20 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 6 yanvar, Nihad Budaqov, AZƏRTAC 
2015-ci ilin dekabrında Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) xam neft hasilatı gündəlik 31,62 milyon barrel olub.
AZƏRTAC “reuters.com”a istinadla xəbər verir ki, keçən ilin noyabrında isə OPEC üzrə hasilat gündəlik rekord həcmdə 31,79 milyon barrel olmuşdu. Lakin dekabrda hasilatın azalmasına baxmayaraq bu rəqəm hələ də OPEC üçün rekord hesab edilir.
Analitiklər isə ABŞ-ın yenidən neft ixracına başlamasının, İrana qarşı sanksiyaların götürülməsinin və hazırki gərgin Səudiyyə Ərəbistanı-İran münasibətlərinin bazardakı təklifi daha da artıracağı qənaətindədirlər. Neftin qiymətinin son 11 ilin ən aşağı qiymətə satılmasına baxmayaraq OPEC ölkələri hələ də hasilatı azaltmağı düşünmürlər.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/2015_ci_ilin_dekabrinda_OPEC_uzre_hasilat_azalib-916379

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR