Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

“Bu şəhərdə” konsert günlərinin sayını azaltdı - açıqlama

“Bu şəhərdə” konsert günlərinin sayını azaltdı - açıqlama

Date: 6 January 2016 13:31

Mart ayında konsert verməyə hazırlaşan “Bu şəhərdə” komandası konsert günlərinin sayını azaldıb.

“8 March” adlı konsert proqramı ilə  Heydər Əliyev sarayında  çıxış edəcəklərini qeyd edən yumoristlər martın 6-10-u tarixlərində  5 gün səhnəyə çıxacaqlarını bildirmişdilər. Ötən gün əməkdar artistlər sosial şəbəkədə konsert günlərinin sayının 3 gün olacağın bildirən afişanın fotosunu paylaşıblar. Onlar  “8 Mach” adlı konsert proqramı ilə martın 6-8-i tarixlərində  tamaşaçı qarşısına çıxacaqlar.

Axşam.az xəbər verir ki, musavat.com konsert günlərinin sayının azaldılmasının səbəbini öyrənmək üçün  “Bu şəhərdə”nin prodüseri Müşfiq Abbasovla əlaqə saxlayıb. M. Abbasov bildirib ki, bu dəyişiklik müvəqqətidir:

“Konsertin adı “8 March” idi, dəyişib “8 Mach” etdik. Konsert gününü sayını müvəqqəti olaraq azaltmışıq, tezliklə sayını artıracağıq. Konsertə hazırlaşarkən heç nəyi dollarla almadığımız üçün konsert zalının orta sıraları üçün nəzərdə tutulan biletlərin qiymətini aşağı salmışıq. Baxmayaraq ki, hər kəs hər şeyin qiymətini qaldırır. Konsert günündə dəyişiklik etməyimizin  Vergilər Nazirliyi ilə əlaqəsi yoxdur, hər şey yolundadır. Apreldə İsrail və Amerikada konsert  verməyimizi təklif ediblər. Orada da tamaşaçı qarşısına çıxmağı düşünürük”.


Tags:  şəhərdə konsert günlərinin sayını azaltdı açıqlama

RƏYLƏR


Top news