Başı kəsilən biznes leydinin evindən 30 min aparılıb

Başı kəsilən biznes leydinin evindən 30 min aparılıb
13:31 6 Yanvar 2016
170 Ölkə
Ölkə mətbuatı
A- A+

Dünən günorta saatlarında paytaxt ərəzisində 43 bıçaq zərbəsi vurularaq qətlə yetirilən “Jewellery” zinət əşyaları mağazasının sahibinin evindən 30 min dollar pul aparılıb.

Bu barədə ANS PRESS-ə Daxili İşlər Nazirliyindən məlumat veriblər. Məlumata görə, M.Namidzadənin qızı Günel Hüseynova izahatında evdən ona məxsus 30000 ABŞ dolları dəyərində qızıl əşyaların oğurlanmasını bildirib. Hazırda Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Fakta görə hələlik həbs edilən olmayıb.

Qətl hadisəsi dünən Nəsimi rayonu, Feyzulla Qasımzadə küçəsi, 17 ünvanında baş verib.

Həmin mənzildə yaşayan 55 yaşlı Məryəm Nemətzadə bıçaqla qətlə yetirilib. Qadının meyiti başı kəsilmiş vəziyyətdə aşkarlanıb.

Məlumata görə, qətlə yetirilən qadın uzun müddət bahalı qızıl və zinət əşyalarının satışı və kirayəsi ilə məşğul olub. Onun müştəriləri arasında hətta tanınmış şou-biznes nümayəndələrinin də olduğu bildirilir.

M.Nemətzadə Bakıdakı məşhur “Jewellery” zinət əşyaları mağazasının sahibi olub.

Faktla bağlı Nəsimi rayon Prokurorluğunda 120.2.11-ci (quldurluq, hədə qorxu yolu ilə tələb etməklə qəsdən adamöldürmə), 181.3.3 (quldurluq, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurma) maddələri ilə cinayət işi açılıb.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=369010

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR