Sen-Marten kanalı Fransanın paytaxtı Parisin ən məşhur və nüfuzlu bölgələrindən birində, 10-cu dairədədir. Kanalın 5 kilometrlik hissəsi sonuncu dəfə 2001-ci ildə təmizlənmişdi.
Milli.Az European-a istinadən bildirir ki, həmin təmizləmə zamanı kanaldan 40 tondan artıq zibil çıxarılmışdı.
Kanal indi yenə təmizlənməyə başlanıb. 90 min kubmetr suyun olduğu kanalın təmizlənməsi Paris meriyasına 7 milyon avroya başa gələcək.
Parislilərin dediklərinə görə, Sen-Marten səmtində gecə həyatı gur olduğundan, kanalın çirklənməsi təəccüblü deyil.
Milli.Az