Bayram günlərində Azərbaycanın dəmir yolları ilə 37,4 min sərnişin daşınıb

Bayram günlərində Azərbaycanın dəmir yolları ilə  37,4 min sərnişin daşınıb
13:32 6 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 6 yanvar. REPORT.AZ/ Bayram günlərində (28 dekabr-4 yanvar) ölkə daxilində hərəkət edən sərnişin qatarlarına və Bakı-Tbilisi sürət qatarına ümumilikdə əlavə 104 vaqon qoşulub.
"Azərbaycan Dəmir Yolları" QSC-dən "Report"a daxil olan xəbərə görə, ümumilikdə, bayram günlərində, 8 gün ərzində ölkə daxilində hərəkət edən sərnişin qatarları və Bakı-Tbilisi sürət qatarı ilə 37 380 nəfər sərnişin daşınıb: "Bayram günlərində sərnişin axınının artması adi hala çevrilib. Rahat və ucuz nəqliyyat vasitəsi kimi vətəndaşlar dəmir yolunun xidmətlərindən istifadəyə üstünlük verirlər".
"Azərbaycan Dəmir Yolları" QSC-nin Sərnişin daşımaları Departamentində yeni il ərəfəsində gücləndirilmiş iş rejimi tətbiq olunub, sərnişin sıxlığının artması ilə əlaqədar ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün 10-15, bəzən isə 20 ədəd əlavə vaqonun qoşulması təmin edilib.

Xəbərin orijinal ünvanı: http://report.az/i-nfrastruktur/bayram-gunlerinde-azerbaycanin-demir-yollari-ile-37-4-min-sernisin-dasinib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR