ABŞ-da İstiqlaliyyət müharibəsi - FOTO

ABŞ-da İstiqlaliyyət müharibəsi - FOTO
13:42 6 Yanvar 2016
12 Digər
Ölkə mətbuatı
A- A+

AzTV kanalında "Parlaq zəka" intellekt şousunun üçüncü mövsümünün növbəti oyunu efirə getdi. Tamaşaçılar zəkaların "ABŞ-da İstiqlaliyyət müharibəsi" mövzusunda olan mübarizələrini izlədilər. Müqəddimə mərhələsinin nəticələrinə uyğun olaraq qırmızı yolda Qərb Universitetinin tələbəsi Əli Əsgərli, sarı yolda Bakı Dövlət Universitetinin tələbəsi Camal Ağarzayev, yaşıl yolda isə Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi Orxan Fətiyev mübarizə apardılar. Təəssüf ki, bu qarşılaşmanın qalibi müəyyən olunmadı.

Təhsilini dünyanın ən yaxşı universitetlərində davam etdirmək istəyən şəxslər üçün "Parlaq zəka" intellekt şousu növbəti bir şansı təqdim edir. Qaliblərə 40000, 30000, 20000 manatlıq təhsil haqqı qazandıran intellekt şousunun III mövsümündə hal-hazırda bakalavr təhsilini davam edən I, II, III kurs tələbələri müraciət edə bilərlər.

İnformasiya dəstəyi - Trend, Day.Az, Milli.Az








Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/395653.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR